Moskvaya uçan təyyarədə adam öldü
13 Dekabr 2025, 21:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
439
10.03.2025, 21:59
ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri bu həftə Səudiyyə Ərəbistanında rusiyalı və ukraynalı həmkarları ilə ayrı-ayrılıqda görüşəcəklər.
Oxu24.com xəbər verir ki, bu barədə CNN telekanalı hökumətdəki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Ciddədə ABŞ dövlət katibi Marko Rubio, Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff və Ukrayna tərəfi arasında danışıqlar planlaşdırılır. Rusiya nümayəndələri ilə də ayrıca təmasların olacağı gözlənilir, lakin mənbə hansı səviyyədə olduğunu açıqlamayıb.
Martın 7-də Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi ABŞ və Ukrayna nümayəndələrinin münaqişənin həlli üçün danışıqlar aparacağını bəyan edib. Tərəflər müvəqqəti atəşkəsə nail olmaq və Rusiya ilə Ukrayna arasında dinc dialoqun əsasını formalaşdırmaq mexanizmlərini müzakirə edəcəklər.
ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoffun sözlərinə görə, Birləşmiş Ştatlar Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək görüşün Ukraynadakı münaqişənin həllində irəliləyişə səbəb olacağını gözləyir. O qeyd edib ki, fevralın sonunda Tramp və Zelenski arasında keçirilən görüşdən sonra ABŞ və Ukrayna arasında çoxlu müzakirələr olub.
Həmçinin oxuyun
Bundan əvvəl Tramp Rusiya və Ukraynanı “çox gec olmadan” danışıqlar masasına oturmağa çağırıb.
Miri
21:21 / 13 Dekabr 2025
1
21:19 / 13 Dekabr 2025
11
21:15 / 13 Dekabr 2025
14
21:02 / 13 Dekabr 2025
19
20:49 / 13 Dekabr 2025
100
20:44 / 13 Dekabr 2025
39
20:36 / 13 Dekabr 2025
41
20:26 / 13 Dekabr 2025
50
20:01 / 13 Dekabr 2025
159
19:53 / 13 Dekabr 2025
59
19:21 / 13 Dekabr 2025
273
19:16 / 13 Dekabr 2025
89
18:32 / 13 Dekabr 2025
872
18:12 / 13 Dekabr 2025
151
18:02 / 13 Dekabr 2025
98
17:43 / 13 Dekabr 2025
1458
17:09 / 13 Dekabr 2025
98
16:55 / 13 Dekabr 2025
324
15:58 / 13 Dekabr 2025
107
15:47 / 13 Dekabr 2025
94
15:39 / 13 Dekabr 2025
120
15:08 / 13 Dekabr 2025
2711
14:50 / 13 Dekabr 2025
108
14:38 / 13 Dekabr 2025
160
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.